Ucnoqta.az
www.ucnoqta.az

Prezident Gəray Fərhadova orden verdi

18:43 - 10 Aprel 2017 tarixində dərc olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Gəray Fərhadovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Gəray Fərhad oğlu Fərhadov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Müəllif: Ucnoqta.az