Ucnoqta.az
www.ucnoqta.az

<b>Lənkərana birbaşa aviareys açılacaq<font color=red> - Sankt-Peterburqdan</font></b>

16:57 - 10 Aprel 2017 tarixində dərc olunub.

Rusiyanın "Nordavia" aviaşirkəti bu ilin yay mövsümündə "Pulkovo" (Sankt-Peterburq) hava limanından Lənkəran şəhərinə müntəzəm, birbaşa aviareyslər həyata keçirəcək. "Report" xəbər verir ki, uçuşlar iyunun 6-dan etibarən hər həftənin çərşənbə axşamı günləri yerinə yetiriləcək. Qeyd edək ki, "Nordavia"nın təyyarə parkında 9 ədəd "Boeing - 737-500" sərnişin təyyarəsi var.  

Müəllif: Ucnoqta.az