Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda iki avtomobil toqquşub: <font color=red><b>ölən var</b></font>

13:07 - 10 Aprel 2017 tarixində dərc olunub.

Sabirabad rayonunda iki avtomobil toqquşub. DİN-dən verilən məlumata görə, aprelin 10-da saat 1 radələrində Sabirabad rayonunun Zalqarağac kəndində Şirvan şəhər sakinləri Rəşad Musayevin idarə etdiyi "VAZ-21154" və İlkin Musayevin idarə etdiyi "KAMaz" markalı avtomobillər toqquşub. Nəticədə R.Musayev hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az