Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Sərnişin avtobusu avtomobillə toqquşdu: </font>5 yaralı<font color=red> - FOTO</font></b>

11:47 - 10 Aprel 2017 tarixində dərc olunub.

Bakıda sərnişin avtobusu qəzaya düşüb. Ucnoqta.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb. Məlumata görə, 211 saylı “Daewoo” sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az