Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki avtomobil toqquşdu: </font>bir ailənin iki üzvü xəsarət alıb<font color=red> - Qobustanda</font></b>

11:28 - 10 Aprel 2017 tarixində dərc olunub.

Qobustan rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobillinin toqquşması nəticəsində Ağsu rayonunun Bico kənd sakini, 1963-cü il təvəllüdlü Əmrəliyev Mübariz Əlihüseyn oğlu və gəlini 1995-ci il təvəllüdlü Əmrəliyeva Saçlı Yaqub qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az