Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə hava şarı qəzası: <font color=red><b>bir turist ölüb, 20 yaralı</b></font>

11:49 - 9 Aprel 2017 tarixində dərc olunub.

Türkiyənin Nevşehir şəhərində turistləri daşıyan hava şarı qəzaya uğrayıb. Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki qəza nəticəsində bir turist həyatını itirib, 20 nəfər yaralanıb. Kappadokya bölgəsi Göremedə hava şarı küləyin əks istiqamətdə əsməsi səbəbindən elektrik naqillərinə toxunaraq qəzaya uğrayıb. Yaralılar ətraf bölgələrdəki xəstəxanalara aparılıb.
Qeyd edək ki, ötən il də Nevşehirdə hava şarının qəzaya uğraması səbəbindən bir danimarkalı turist həyatını itirmişdi.

Müəllif: Ucnoqta.az