Ucnoqta.az
www.ucnoqta.az

Bakıda çoxmərtəbəli binada yanğın olub

09:17 - 9 Aprel 2017 tarixində dərc olunub.
Bakıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar və 5 p.m elektrik kabeli yanıb. Elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Ucnoqta.az