Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Tanınmış meyxanaçı reanimasiyaya yerləşdirildi</b></font>

15:56 - 5 Aprel 2017 tarixində dərc olunub.

Məşhur meyxanaçı Kərimin beyninə qəfil  qan sızıb. Bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu  Rüstəm məlumat verib. O, bildirib ki, meyxanaçı  Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir".

Müəllif: Ucnoqta.az