Ucnoqta.az
www.ucnoqta.az

Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin adı açıqlanıb- <font color=red><b>VİDEO</b></font>

11:16 - 4 Aprel 2017 tarixində dərc olunub.

Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti dünən Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, terror aktının 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan Akberjon Cəlilov tərəfindən törədildiyi ehtimal edilir.
Hazırda Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin Oşdakı müvafiq strukturları Ə. Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır. 

Müəllif: Ucnoqta.az