Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada metroda azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb

17:39 - 3 Aprel 2017 tarixində dərc olunub.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu metroda baş vermiş partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.
Baş konsulun sözlərinə görə, hazırda qurumun əməkdaşları yerli hakimiyyət orqanları ilə daimi təmasdadır. Bunu Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov deyib. Baş konsulun sözlərinə görə, hazırda diplomatik nümayəndəliyin əməkdaşları vətəndaşlarımız və həmvətənlərimizlə bağlı vəziyyəti aydınlaşdırmaq üçün yerli hakimiyyət orqanları ilə təmasdadır:
"İndiyədək azərbaycanlılarım xəsarət alması barədə məlumat daxil olmayıb".

Müəllif: Ucnoqta.az