Ucnoqta.az
www.ucnoqta.az

Putin metroda baş vermiş partlayışdan danışdı

17:02 - 3 Aprel 2017 tarixində dərc olunub.

Sankt-Peterburqda metroda baş verən partlayışın səbəbləri məlum deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən əvvəl deyib.
O, hadisə ilə bağlı istintaqın başladığını deyib: “Bütün versiyalar nəzərdən keçirilir – həm məişət, həm kriminal, həm də terrorçuluq versiyaları diqqətə alınır. Yaxın zamanlarda istintaq baş verənlərlə bağlı dəqiq məlumatı çatdıracaq”.

Müəllif: Ucnoqta.az