Ucnoqta.az
www.ucnoqta.az

Nursultan Nazarbayev "Heydər Əliyev" ordeni ilə təltif edilib

14:38 - 3 Aprel 2017 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir:

"Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilsin".

Müəllif: Ucnoqta.az