Ucnoqta.az
www.ucnoqta.az

<b>Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparılacaq</b>

11:21 - 3 Aprel 2017 tarixində dərc olunub.

Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar. Ucnoqta.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjou adasının yaxınlığında keçiriləcək. Onların məqsədi - Şimali Koreya təhlükəsinə effektiv cavab verməkdir. Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində - "Kang Gam Chan", ABŞ tərəfindən - "McCampbell" və Yaponiya tərəfindən - "Sawagiri".

Müəllif: Ucnoqta.az