Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>“Şərq” bazarı söküləcək</b></font>

11:30 - 30 Mart 2017 tarixində dərc olunub.

Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq” bazarı söküləcək. Bu haqda məlumatı "Müsavat" yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşəcək: “Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq” bazarı böyük ehtimalla, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək”. Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.

Müəllif: Ucnoqta.az