Ucnoqta.az
www.ucnoqta.az

Bakıda BDU-nun müəllimlərinin yaşadığı bina <font color=red><b>yanır-VİDEO-YENİLƏNİB</b></font>

19:20 - 28 Mart 2017 tarixində dərc olunub.

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
 Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.  

18:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in saytında verilmiş məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.​

 

 

Müəllif: Ucnoqta.az