Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Milli yığmanı daşıyan təyyarə təcili eniş etdi</b></font>

11:18 - 27 Mart 2017 tarixində dərc olunub.

Qazaxıstanın futbol üzrə milli komandasının olduğu təyyarə martın 27-də səhər saatlarında İrəvanda məcburi eniş edib. Ucnoqta.az istipress-ə istinadən xəbər verir ki, bunu qazaxıstanlı jurnalist Yerbol Kairov “Twitter” səhifəsində yazıb. O qeyd edib ki, təyyarə İrəvan hava limanından havaya qalxdıqdan az sonra təcili eniş edib. Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib. Qeyd edək ki, Qazaxıstanın milli komandası 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunda İrəvanda Ermənistan yığmasına 0:2 hesabı ilə uduzub.

Müəllif: Ucnoqta.az