Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda ər arvadını qətlə yetirib</b>

09:51 - 24 Mart 2017 tarixində dərc olunub.

Bakıda qətl törədilib.

Ucnoqta.az bildirir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə. Quliyev saxlanılıb.

Müəllif: Ucnoqta.az