Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 5 nəfər liftdə qalıb

09:26 - 24 Mart 2017 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.Az-a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar.

Əməliyyat saat 00:52-də başa çatıb.
Müəllif: Ucnoqta.az