Ucnoqta.az
www.ucnoqta.az

Bakıda motosiklet qəzaya düşüb:<font color=red><b> sürücü ölüb</b></font>

11:22 - 18 Mart 2017 tarixində dərc olunub.

Bakıda motosiklet qəzaya düşüb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi “Honda” markalı motosikleti aşırıb. Nəticədə E. İldarov hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az