Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ milli kəşfiyyatının yeni direktoru məlum olub</b>

11:07 - 16 Mart 2017 tarixində dərc olunub.

ABŞ Konqresinin Senatı martın 15-də keçirilən iclasında Dan Koutsu milli kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib. "Report" TASS-a istinadən xəbər verir ki, qərarı 85 senator dəstəkləyib, 12-si bunun əleyhinə çıxıb. Kouts 1980-ci ildən ABŞ Konqresində, əvvəlcə Nümayəndələr Palatasında, sonra isə Senatda İndiana ştatını təmsil edib. 2001-2005-ci illərdə o, ABŞ-ın Almaniyadakı səfiri işləyib. Milli kəşfiyyatın yeni direktoru anti-Rusiya sanksiyalarının qızğın tərəfdarıdır. 2014-cü ildən onun Rusiya ərazisinə girişi qadağan edilib.

Müəllif: Ucnoqta.az