Ucnoqta.az
www.ucnoqta.az

AFFA prezidenti: <font color=red><b>"Almanlar maşındırlar, onlarda dayanmaq yoxdur”</b></font>

14:10 - 15 Mart 2017 tarixində dərc olunub.

“İdmançı mübarizə aparırsa, onun uduzması da şərəf olur. Meydana arxa çevirib, mübarizə göstərmirsə, bu, ən böyük biabırçılıqdır".  Qol.az-ın məlumatına görə, bu  sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. O, DÇ-2018-in seçmə mərhələsində  Almaniya ilə Bakıda keçiriləcək oyun haqda fikirlərini bildirib.  Rəqibin çox güclü olduğunu qeyd edən Abdullayev  oyunun nəticəsinin önəmli olmadığını vurğulayıb:
"Almaniyaya uduzmaq da şərəfdir. Biz mübarizə futbolu oynamağa çalışmalıyıq. Almanlar maşındırlar, onlarda dayanmaq yoxdur”.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Müəllif: Ucnoqta.az