Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakı-Sumqayıt yolunda<font color=red> HƏRƏKƏT DONDU</font></b>

11:17 - 14 Mart 2017 tarixində dərc olunub.

Bu gün səhər saatlarından Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Ucnoqta.az azvision.az-a istinadən xəbər verir ki, tıxac Ekologiya postundan başlayaraq "20 Yanvar" metrostansiyasının qarşısına qədər davam edir. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında "KamAZ" markalı yük avtomobili nasazlıq səbəbindən yolda hərəkətsiz vəziyyətdə qalıb. Bu səbəbdən yolda tıxac yaranıb.

Müəllif: Ucnoqta.az