Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 44 yaşlı qadını avtomobil vurub

15:58 - 13 Mart 2017 tarixində dərc olunub.

 Bakıda metrodan çıxan 44 yaşlı qadını avtomobil vurub. Hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Həkimquliyeva Elnarə Atəş qızı metronun Qara Qarayev stansiyasından çıxıb, yolu keçərkən onu avtomobil vurub. E.Həkimquliyeva xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.report

Müəllif: Ucnoqta.az