Ucnoqta.az
www.ucnoqta.az

Elmar Məmmədyarov Dmitri Roqozinlə görüşüb

13:21 - 7 Mart 2017 tarixində dərc olunub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkə baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, E. Məmmədyarov əvvəlcə D. Roqozinə bir gün əvvəl xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş barədə məlumat verib. Sonra tərəflər iki ölkə arasında əməkdaşlığa dair məsələlərin geniş spektrini müzakirə ediblər.

Müəllif: Ucnoqta.az