Ucnoqta.az
www.ucnoqta.az

<b>Təyyarə qəzaya uğradı<font color=red> - Ölən və xəsarət alanlar var</font></b>

11:22 - 7 Mart 2017 tarixində dərc olunub.

Tailandın paytaxtı Banqkok şəhəri yaxınlığında Hindistana məxsusi sanitar-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin pilotu ölüb, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. İlkin məlumata əsasən, göyərtəsində 5 nəfərin olduğu təyyarə naməlum səbəbdən havada olarkən alışıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Müəllif: Ucnoqta.az