Ucnoqta.az
www.ucnoqta.az

<b>Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edilib</b>

11:07 - 7 Mart 2017 tarixində dərc olunub.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb. Bu, fəaliyyəti məhkəmə tərəfindən dayandırılan köhnə fərmanı əvəz etməlidir. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib. Yeni sənədə əsasən, altı müsəlman ölkəsi – İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına 90 gün ərzində ABŞ-a girmək qadağan olunacaq. İraq bu dəfə siyahıya düşməyib. Sənəd martın 16-dan qüvvəyə minəcək.

Müəllif: Ucnoqta.az