Ucnoqta.az
www.ucnoqta.az

Mədət Quliyev: <font color=red><b>“Azərbaycan təhlükəsiz, sabit ölkədir”</b></font>

14:06 - 3 Mart 2017 tarixində dərc olunub.

 “Terrorçuluqla mübarizə orta məktəblərdən, ailədə başlanmalıdır. Gəncələrə bu problemlər aşılanmalıdır”. Ucnoqta.az “report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, hər kəs bu istiqamətdə mübarizə aparmalıdır: “Azərbaycan təhlükəsiz, sabit ölkədir. Bu, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Bir daha qeyd edirəm, terrorla mübarizə ailədən, məktəbdən başlamalıdır”.

Müəllif: Ucnoqta.az