Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda beş uşaq dərmandan zəhərlənib</b></font>

13:01 - 3 Mart 2017 tarixində dərc olunub.

Bakıda beş azyaşlı dərmandan zəhərlənib. Apa-nın məlumatına görə, ötən gün ərzində paytaxtın müxtəlif ünvanlarından beş uşaq dərman zəhərlənməsi diaqnozu ilə Kiliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
3 yaşlı Həsən Rəhmalı, 2 yaşlı Zeynəb Əliyeva, 6 yaşlı Toğrul Xəlilli, 7 yaşlı Allahverdi Zeynalov və 3 yaşlı Şahin Səfərova tibbi yardım göstərilib.
Həkim müdaxiləsindən sonra onların vəziyyətinin normallaşdığı bildirilir.

Müəllif: Ucnoqta.az