Ucnoqta.az
www.ucnoqta.az

<b>Ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırdı<font color=red> - Bakıda</font></b>

11:50 - 3 Mart 2017 tarixində dərc olunub.

Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Beləki, 28 yaşlı Zahid Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Ailə üzvləri yanğının qarşısını alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Z.Fəttahovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az