Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mövqelərimizə basqın edən təxribat qrupu məhv edilib</b></font>

12:30 - 2 Mart 2017 tarixində dərc olunub.

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Müəllif: Ucnoqta.az