Ucnoqta.az
www.ucnoqta.az

<b>Sürücü faciəvi şəkildə öldü<font color=red> - Bakıda</font></b>

13:35 - 1 Mart 2017 tarixində dərc olunub.

Bakıda zavodda ölüm hadisəsi baş verib. Bu barədə Qaradağ Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb. Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az