Ucnoqta.az
www.ucnoqta.az

<b>Körpü uçdu</b>

11:25 - 28 Fevral 2017 tarixində dərc olunub.

Ukraynanın paytaxtı Kiyevin mərkəzi rayonlarının birində körpü qismən uçub. Ucnoqta.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmasa da, körpünün altında dayanan avtomobil zədələnib. Hadisə yerinə Kiyevin meri Vitali Kliçko gəlib. İlkin versiyaya görə, körpü istismar qaydalarının pozulması nəticəsində uçub.

Müəllif: Ucnoqta.az