Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki avtomobİl toqquşdu: </font>xəsarət alan var<font color=red> - Goranboyda</font></b>

11:19 - 28 Fevral 2017 tarixində dərc olunub.

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Goranboy rayonunun Ağcakənd kənd sakini, 1962-ci il təvəllüdlü Ağayev Elbəy Ağaxan oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az