Ucnoqta.az
www.ucnoqta.az

<b>54 yaşlı kişi özünü zəncirlə asdı<font color=red> - Bakıda</font></b>

11:03 - 27 Fevral 2017 tarixində dərc olunub.

Bakıda 54 yaşlı kişi özünü zəncirlə asıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az