Ucnoqta.az
www.ucnoqta.az

Salyanda ev yanıb: <font color=red><b> 2 nəfər ölüb</b></font>

09:16 - 26 Fevral 2017 tarixində dərc olunub.

 Salyan rayonunda yanğın zamanı 2 nəfər tüstüdən boğularaq ölüb. Ucnoqta.az “report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb. Kənddə ümumi sahəsi 100 kv. m. olan 1 mərtəbəli fərdi yaşayış evi yanıb. Yanğın zamanı ev sahibləri, 74 yaşlı Əhmədalı Qayıbalı oğlu Əliyev və 83 yaşlı Zemfira İsa qızı Əliyeva tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az