Ucnoqta.az
www.ucnoqta.az

İranda Azərbaycan bankı açıla bilər

14:00 - 25 Fevral 2017 tarixində dərc olunub.

Azərbaycan banklarından birinin İranda filialının açılması planlaşdırılır. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bankın adını açıqlamayıb. "Bu məsələ ikitərəfli müzakirə mövzularındandır. Hələlik hüquqi məsələlər müzakirə olunur", - deyə o əlavə edib. 

Müəllif: Ucnoqta.az