Ucnoqta.az
www.ucnoqta.az

<b>Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib</b>

11:01 - 24 Fevral 2017 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasının büdcəsi təsdiqlənib. Bununla bağlı qanunu muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Qanunda deyilir: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır: Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası gəlirlər üzrə 73 605 636 manat, xərclər üzrə 350 703 498 manat məbləğində olmaqla təsdiq edilsin.

Müəllif: Ucnoqta.az