Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə 66 yaşlı kişi sirkə turşusu içərək ölüb

14:06 - 23 Fevral 2017 tarixində dərc olunub.

Şəmkir rayon sakini sirkə turşusu içərək ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 22-də Şəmkir şəhəri ərazisində baş verib.
Belə ki, şəhər sakini 1951-ci il təvəllüdlü Çingiz Əliyev sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Ç.Əliyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az