Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki nəfər dəm qazından öldü

13:32 - 18 Fevral 2017 tarixində dərc olunub.

Binəqədi rayonunda iki nəfər qazdan zəhərlənib ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 17-də Binəqədi rayonunda yaşayan Həbib Əliyev, Biləcəri qəsəbəsində yaşayan Nailə Zeynalova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az