Ucnoqta.az
www.ucnoqta.az

Astarada 12 otaqlı ev yanıb

09:59 - 18 Fevral 2017 tarixində dərc olunub.

Astara rayonunun Düz Suparıbağ kəndində vətəndaşa məxsus, ümumi sahəsi 400 m² olan 12 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az