Ucnoqta.az
www.ucnoqta.az

Göygöl sakinini elektrik cərəyanı vurub

17:32 - 16 Fevral 2017 tarixində dərc olunub.

Göygöl rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Ucnoqta.az-ın apa-ya istinadən məlumatına görə, rayon sakini, 1989-cu il təvəllüdlü Tural Həsənovu iş yerində elektrik cərəyanı vurub. Nəticədə o, ölüb. 
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az