Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə gənc oğlan intihar edib

12:13 - 16 Fevral 2017 tarixində dərc olunub.

 Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb. Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az