Ucnoqta.az
www.ucnoqta.az

<b>Gənc oğlan özünü ağacdan asdı<font color=red> - Ağcabədidə</font></b>

10:08 - 16 Fevral 2017 tarixində dərc olunub.

Ağcabədidə gənc oğlan özünü ağacdan asaraq öldürüb. "Report"un xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Belə ki, həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü alça ağacından asaraq intihar edib. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az