Ucnoqta.az
www.ucnoqta.az

Səfir: <font color=red><b> "Yunanıstan Dağlıq Qarabağ məsələsində rəsmi Bakının tərəfindədir"</b></font>

14:44 - 10 Fevral 2017 tarixində dərc olunub.

 "Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçilərinin işini və Azərbaycanın mövqeyini dəstəkləyir". "Report" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə deyib. "Dağlıq Qarabağ münaqişəsi olduqca qəlizdir. Bu mənada ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik və rəsmi Bakının tərəfindəyik. Yunanıstan Azərbaycana qarşı başqa cür hərəkət edə bilməz. Axı bizim də Kiprdə oxşar problemimiz var" - D.Tsunqas bildirib.
Səfirin sözlərinə görə, Kipr məsələsi 40 ildən çoxdur həll olunmamış qaldığından Yunanıstan tərəfi Azərbaycanın mövqeyini anlayır.

Müəllif: Ucnoqta.az