Ucnoqta.az
www.ucnoqta.az

Cəbhədə erməni əsgəri ölüb

15:34 - 8 Fevral 2017 tarixində dərc olunub.

Dağlıq Qarabağa daha bir erməni əsgəri ölüb, biri isə ağır yaralanıb. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, müqavilə əsasında xidmət edən 38 yaşlı G. Manukyan səhər saat 11:00 radələrində öldürülüb. Erməni tərəfi onun Azərbaycan ordusunun atəşi nəticəsində öldüyünü iddia edir.
Digər insident isə saat 12:00 radələrində Ağdərə istiqamətində baş verib. Həqiqi hərbi xidmət keçən 29 yaşlı Koryun Kirakosyan ağır yaralanıb. 

Müəllif: Ucnoqta.az