Ucnoqta.az
www.ucnoqta.az

<b>Avtomobildən silah götürüldü<font color=red> - Abşeronda</font></b>

11:48 - 8 Fevral 2017 tarixində dərc olunub.

Abşeron rayonunda silah aşkarlanıb. Ucnoqta.az xəbər veriri ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini Bəhruz Muxtarovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobilə baxış zamanı oradan "AK-74" markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az