Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>"Priora" aşdı: </font>sürücü ölüb<font color=red> - Goranboyda</font></b>

11:42 - 8 Fevral 2017 tarixində dərc olunub.

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə fevralın 7-də rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Mahir Mirzəbəyov idarə etdiyi "Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü M.Mirzəbəyov  hadisə yerində ölüb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az