Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Erməni deputat:</font> “Demokratik geriləmə ölkəni uçuruma aparır”</b>

11:14 - 8 Fevral 2017 tarixində dərc olunub.

"Ermənistan demokratiyanın bütün sahələrində nüfuzdan düşməsini hiss etmir. Demokratik geriləmə ölkəni uçuruma aparır. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tevan Poqasyan deyib. Deputat deyib: “Unutmuşuq ki, demokratiya bizə nə üçün lazımdır. Bizim siyasi liderlərimiz bu sözdən qaçmağa başlayıblar”. “Amma, əgər bunu unutsaq, bizi bağışlamayacaqlar” deyə - Poqasyan vurğulayıb.

Müəllif: Ucnoqta.az