Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

16:17 - 7 Fevral 2017 tarixində dərc olunub.

Bakıda mənzildən oğurluq olub. “Report”un xəbərinə görə, Nərimanov rayonu 1-ci Cıdır döngəsi ev 25 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Əlisoltan Əliyevin evindən qapının kilidini sındırmaqla 2 600 manat, 1 200 ABŞ dollar və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Müəllif: Ucnoqta.az