Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda yolun qarını təmizləyən qadını avtomobil vurub öldürdü</b></font>

10:10 - 5 Fevral 2017 tarixində dərc olunub.

Bakıda ağır yol qəzası baş verib. Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi MKİS işçisi olan 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.  Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

Faktla bağlı araşdırma aparılır.lent.az

Müəllif: Ucnoqta.az